AFAD QURBANOV «ONOMALOGIYA MƏKTƏBININ YARADıCıSı» KIMI
Keywords:
Afad Qurbanov, onomologiya, linqvistik tədqiq, onomastika problemləri, xüsusi adlar.Abstract
Məqalədə Afad Qurbanovun Azərbaycan dilçiliyinə həsr etdiyi əsərlərdən və eyni zamanda Azərbaycan onomalogiyasının nəzəri əsaslarının tədqiqinə həsr edilmiş fundamental monoqrafiyadan bəhs edilir. Bu əsərlər Azərbaycan dilçiliyində və ümumiyyətlə, türkoloji dilçilikdə ilk dəfə olaraq xüsusi adların hərtərəfli linqvistik tədqiqinə həsr olunmuşdur. Afad Qurbanov bu əsərlərində fundamental onomastik təlimin nəzəri əsaslarını şərh etmiş, Azərbaycan dilində və bütövlükdə dünya dillərində xüsusi adların qruplarını müəyyənləşdirmişdir. Afad Qurbanov Azərbaycan dilçiliyi sahəsində elə bir ənənə qoyub getmişdir ki, bu ənənə hələ uzun tarixlər boyu yaşayacaq və onu da yaşadacaqdır.